Sosial şəbəkədə biz:

İstanbulda 1 May nümayişləri: 207 nəfər saxlanıldı

01 May 2017, 18:15
Gündəm
İstanbul polisi bu gün Taksim meydanında icazəsiz 1 May nümayişi keçirmək istəyən 200-dən çox şəxsi saxlayıb. Trend-in məlumatına görə, İstanbul valiliyindən ümumilikdə 207 nəfərin saxlanıldığını bildiriblər. Polis nümayişçilərdən 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 taraqqa və bir neçə plakat götürüb. *   *   *11:02 1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb. Trend-in məlumatına görə, səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb. Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.