Sosial şəbəkədə biz:

“ATV səhər”in yayımı dayandırıldı

02 May 2017, 10:59
Gündəm
ATV kanalında yayımlanan “ATV səhər” informasiya proqramı fəaliyyətini dayandırır. Azinforum.az xəbər verir ki, bu barədə mediaya verilişin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib. T.İbrahimov qeyd edib ki, mövsümün bitməsinə bir ay qalmış rəhbərlik belə bir qərar verib. “ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız “ATV səhər” verilişi yayımını dayandırır. Proqramın yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcək”, - deyə o vurğulayıb.