Sosial şəbəkədə biz:

Marşal Yazov xəstəxanaya düşdü

02 May 2017, 20:41
Gündəm
SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov P.Mandrıla adına Moskva mərkəzi hərbi kliniki hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. APA-nın verdiyi xəbərə görə, 92-yaşlı Yazov beyin qan dövranın kəskin pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, Yazova intensiv tibbi yardım göstərilib, yaxın zamanlarda onun reanimasiyadan palataya köçürüləcəyi gözlənilir. Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu komandandır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.