Yunanıstanın qaz operatoru SOCAR-a satılmayacaq
Yunanıstanın Enerji Nazirliyi çərşənbə axşamı yaydığı bəyanatda Yunanıstanın xarici kreditorlarla bağladığı müqaviləyə əsasən ölkənin qaz operatoru DESFA-ın səhmlərinin 66 faizini bir daha satışa çıxaracağını bildirib, Reuters yazır.
2013-cü ildə DESFA-ın səhmləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ- SOCAR) 400 milyon avroya satılsa da, Avropa Komissiyası müdaxilə edərək, ARDNŞ-ə səhmlərin yalnız 49 faizinin satılmasını təklif edib. Bununla qalan səhmlərin 17 faizini ARDNŞ ilə konsorsium yaradan İtaliyanın Snam şirkətinə satılması üzrə danışıqlar keçirilib. Lakin ARDNŞ-Snam konsorsiumunun səhmlərin məbləğini hissə-hissə ödəmək təklifi qanuna zidd olduğu üçün rədd edilib, Yunanıstanın Enerji Nazirliyi keçən il noyabrın 30-da bəyan edib. BBC Azərbaycanca SOCAR-dan məsələ ilə bağlı şərh ala bilməyib.