Sosial şəbəkədə biz:

İranda şaxtada partlayış olub, 50-yə yaxın insan dağıntılar altında qalıb

03 May 2017, 16:24
Gündəm
İranın şimal-qərbində kömür mədənində partlayış olub. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Gülüstan ostanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Sadiq Əli Mokaddam hadisə nəticəsində 40-50 nəfərin dağıntılar altında qaldığını güman etdiyini bildirib. Yerli KİV-in məlumatına görə, hadisə Gülüstan ostanında Azadşəhr şəhəri yaxınlığında gündüz saatlarında baş verib.