Sosial şəbəkədə biz:

“Fəzail Ağamalının səhhətinin pisləşməsi xəbəri doğru deyil” – AVP

04 May 2017, 10:28
Gündəm
Azərbaycanın bəzi mətbuat orqanlarında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının səhhətinin pisləşməsi haqqında xəbərlər yayılıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya bildirib ki, yayılan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir. T.İsmayılovanın sözlərinə görə, partiya sədri hazırda xarici ölkələrin birində istirahətdədir: “Fəzail müəllim yaxın günlərdə ölkəyə qayıdacaq və işinin başında olacaq”. Partiya sədrinin telefonuna zəng çatmamasına aydınlıq gətirən T.İsmayılova deyib ki, Fəzail müəllim telefon nömrəsini dəyişib: “Həmin jurnalist Fəzail müəllimin əvvəlki telefon nömrəsinə zəng etdiyindən həmin nömrəyə zəng çatmayıb”.