Sosial şəbəkədə biz:

“Porsche” ilə iki uşaq anasını öldürən 14 yaşlı oğlanın biznesmen atasının fotosu yayıldı

05 May 2017, 12:50
Gündəm
Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Ağaəli Fərəcov idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Qəza nəticəsində X.Məmmədova dünyasını dəyişib.
Azinforum.az xəbər verir ki, həmin gənc tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. F.Fərəcov “MOHİTO” və “PARODİZ” klublarının, Novxanıdakı “Kalyon” restoranının sahibidir.
BiG.AZ F.Fərəcovun fotosunu əldə edib: