Sosial şəbəkədə biz:

Məşhur kinoaktyor karyerasını başa vurur

06 May 2017, 12:00
Gündəm
Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa  vuracağını bəyan edib. APA-nın verdiyi xəbərə görə, aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq. “Bu mənim son filmim olacaq. Mən artıq boksçu kimi lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm” — deyə A.Delon bildirib. Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq. Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, “Asteriks və Obeliks Olimpiya Oyunlarında” filmində çəkilib.