Sosial şəbəkədə biz:

Dünya Bankından neftlə bağlı mühüm qiyməti açıqlaması

06 May 2017, 12:06
Gündəm
Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür. APA-nın verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib. “Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim” — deyə Baffes bildirib. Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib.