Mədət Quliyev və DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyi və şəxsi heyəti Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.
Ziyarətdə DTX rəisi, general-leytenant Mədət Quliyev və xidmətin əməkdaşları iştirak ediblər.
Ziyarətçilər Heydər Əliyevin və oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, məzarların üzərinə gül dəstələri düzüblər.