Sosial şəbəkədə biz:

Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”

06 May 2017, 12:38
Gündəm
“NATO-nun Suriya münaqişəsində iştirakı gündəmdə deyil”. Bunu, NATO baş katibi Yens Stoltenberq “Spiegel”ə müsahibəsində deyib. Onun sözlərinə görə, NATO əsgərləri Suriyadakı vətəndaş müharibəsində iştirak etməyəcək. Lakin baş katib İŞİD-ə qarşı döyüşən İraq əsgərlərinə ilin əvvəlindən təlim verən NATO hərbçilərinin sayının artırılmasını istisna etməyib: “Fikrimcə, İraq və Əfqanıstanda yerli döyüşçülərə təlim verilməsi terrora qarşı ən yaxşı silahdır”(azadliq.info).