Sosial şəbəkədə biz:

İslam Oyunları günlərində dərs keçiləcəkmi? - Açıqlama

07 May 2017, 16:26
Gündəm
Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb. Trend-in məlumatına görə, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: "Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək". Qeyd efək ki, IV İslam Oyunları mayın 12-dən 22-dək keçiriləcək.