Sosial şəbəkədə biz:

Prezident Maliyyə Nazirliyi ilə bağlı fərman verdi

08 May 2017, 18:32
Gündəm
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.  "Qafqazinfo" xəbər verir ki, fərmanda qeyd olunur: 1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə: 1.1. 8.31-ci bəndə “borclarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilsin: “8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;”. 2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə IV – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilsin: “8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək; 8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;”.