Sosial şəbəkədə biz:

Hər 5 nəfərdən biri çılpaq şəkilləri ilə şantaj edilir - Araşdırma

08 May 2017, 19:07
Gündəm
Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, Avstraliyada aparılan sorğu zamanı hər 5 nəfərdən birinin gizli şəkildə intim  şəkli çəkilərək şantaj olunduğu məlum olub.
Ölkə ərazisində 4200 repondent arasında keçirilən sorğularda kişi və qadınların bu cür təhdidlə üzləşdiyi ortaya çıxıb.
“İntiqam pornosu” mövzusunda araşdırma  aparanlar  ölkədə foto-təcavüzün gözlənildiyindən daha çox olduğunu bildiriblər.
RMIT və Monash universitetləri tərəfindən aparılan araşdırmada kişilərin bu günahı daha çox işlətdiyi, qadınların isə təhlükəsizlikləri ilə bağlı böyük narahatlıqlar keçirdikləri qeyd olunur.
Araşdırmaçılar fotoqraf təcavüzünün cinayət əməli  sayılması və zərərçəkənlərə yardım üçün bir çağrı mərkəzi yaradılmasını təklif ediblər.
Hazırda Avstraliyanın iki əyalətində icazə olmadan fotonun çəkilməsi və yayılması qanunla qadağan olunur.