Sosial şəbəkədə biz:

Azərbaycanda bankların müştəri bazası artıb

09 May 2017, 18:22
Gündəm
Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 61 689 nəfər və ya 1,12% artaraq cari il aprelin 1-nə 5 556 065 nəfər təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir. Müştərilərin 5 482 376 nəfəri fiziki, 73 689 nəfəri hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 60 695 nəfər və ya 1,12%, hüquqi şəxslərdə isə 994 nəfər və ya 1,37% artıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım qeydə alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 4 444 nəfər və yaxud 2,34% artaraq 194 117 nəfərə çatıb.