Sosial şəbəkədə biz:

“Əli və Nino” San Dieqoda nümayiş olundu

10 May 2017, 20:18
Gündəm
Nəsimi rayonu İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə  silsilə tədbirlər Kaliforniyada ştatının Los Anceles və San Dieqo şəhərlərində davam edir. " Azinforum.az " - a daxil olan məlumata görə, növbəti tədbir may ayının 9-da  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən  Regal Cinema Mərkəzində  keçirilib. Filmin nümayişində  San Dieqo  şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edirdilər. Nümayişdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışaraq bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.