Sosial şəbəkədə biz:

Bakıda oteldə bıçaqlanma - “Shah Palace”də 30 yaşlı şəxsi vurdular

11 May 2017, 16:28
Gündəm
 
 Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən "Shah Palace” adlı oteldə qeydə alınıb.
Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Report