Sosial şəbəkədə biz:

30 yaşlı Bakı sakini özünü 16-cı mərtəbədən ataraq intihar edib

12 May 2017, 10:17
Gündəm
Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Telnov küçəsi ev 2347/48, mənzil 918 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Elgün Xalid oğlu Əsədov yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Polisdən APA-ya bildirilib ki, E.Əsədov Dövlət Neft Şirkətinin Neft-Qaz Tikinti Trestində quraşdırıcı işləyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.