Sosial şəbəkədə biz:

Bakıda 5 yaşlı qız döyülüb küçəyə atıldı - Foto

12 May 2017, 15:09
Gündəm
Bakı polisi küçəyə atılmış beş yaşlı qızın valideynləri axtarır. “ Azinforum.az ” xəbər verir ki, bu barədə 1news.az-a Bakı Baş Polis İdarəsi tərəfindən məlumat verilib. Uşağın adının Yağmur olduğu deyilir. İlkin məlumatlara görə, uşaq ailə zorakılığının qurbanı olub, valideynləri tərəfindən döyülüb və küçədə qalıb. Polis şəkilə əsasən, qızı tanıyanlardan və onun valideynləri barəsində hər hansı bir informasiyaya malik olanlardan 102 əlaqə nömrəsi vasitəsilə DİN-ə müraciət etməyi xahiş edir.