Sosial şəbəkədə biz:

4 yaşlı qız sevdiyi oğlana görə evdən qaçdı

12 May 2017, 16:03
Gündəm
Fransanın Touraine şəhərində babasının evində qalan 4 yaşlı kiçik qız, sevdiyi oğlanı tapmaq üçün evdən qaçıb. Azyaşlı qızın sevdiyi oğlan üçün 3 kilometr məsafə qət etdiyi bildirilir. BAKU.WS xəbər verir ki, fransız mətbuatında yer alan xəbərə görə, 4 yaşlı qız əynindəki pijamalarla səhər saat 6-da evdən gedərək, sevdiyi oğlanın axtarışına çıxıb. Azyaşlı sonda öz istəyinə nail olsa da bir saat sonra gecə klubundan çıxan bir qadın tərəfindən polis məntəqəsinə gətirilib. Polislər azyaşlını babasına təhvil veriblər.