Sosial şəbəkədə biz:

"Eurovision-2017"-nin qalibi məlum oldu - VİDEO

14 May 2017, 10:09
Gündəm

"Eurovision-2017” mahnı müsabiqəsinin finalı başa çatıb. Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub. O, müsabiqədə "Amar Pelos Dois" mahnısını ifa edib. Bununla da “Eurovision - 2018” mahnı müsabiqəsi Portuqaliyada keçiriləcək.

Müsabiqədə ikinci yeri Bolqarıstan təmsilçisi tutub. Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsində 12 xalı Belarus təmsilçisinə, 10 xalı Moldova, 7 xalı isə Ukrayna təmsilçisinə verib.