Sosial şəbəkədə biz:

Türkmənbaşı ölkənin baş prokurorunu həbs etdirdi

15 May 2017, 12:16
Gündəm
Azinforum.az-ın verdiyi məlumata görə, Türkmənistanın keçmiş baş prokuroru Amanmırat Xallıev həbs olunub. Bu barədə ictimaiyyətə "Azadlıq" radiosunun Türkəminstan bürosu məlumat yayıb. Qeyd edək ki, Amanmırat Xallıev mayın 4-də Türkmənistan Təhlükəsizlik Şurasının iclasından sonra vəzifədən çıxarılmışdı. Həmin toplantıda prezident Qurbanqulu Berdiməhəmmədov ölkənin hüquq-mühafizə orqanlarında korrupsiya halları barədə danışmış və rüşvətxorluğa qarşı mübarizədə baş prokuroru ittiham etmişdi.