Sosial şəbəkədə biz:

Bakıya bomba həyəcanı yayan 14 yaşlı yeniyetmə saxlanıldı

16 May 2017, 16:00
Gündəm
Paytaxtda terrorçuluq barədə bilə-bilə yalan məlumat verən şəxs tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb. DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.