Müəlliməlikdən Fransanın birinci xanımlığına - ARAŞDIRMA
Hamımız artıq bilirik ki, Fransanın yeni prezidenti keçmiş investisiya bankiridir, François Hollande hakimiyyəti zamanı dövlət naziri olub və sosial-liberal çıxışları sayəsində seçkilərdə qalib gəlib.
Bəs, yeni Birinci xanım kimdir? Gəlin, ən ümumi parametrə nəzər salaq: təsəvvür edin ərinizdən 24 yaş böyüksünüz. Macron-larınkı qeyri-adi bir münasibətdir. Və ya yeni prezidentin toyu günü dediyi kimi: "Adi olmayan, normal olmayan - bu sifəti heç bəyənməsəm də belə - var olan cütlük." 64 yaşlı Brigitte ilə əri arasındakı yaş fərqi, ABŞ prezidenti Donald Trump ilə xanımı Melania arasındakı yaş fərqi ilə eynidir. Onlar ilk görüşdüklərində Macron yeniyetmə oğlan, Brigitte isə onun teatr müəlliməsi idi. (Qeyd edək ki, hazırda Macron-un 39 yaşı var.) Deyilənlərə görə 15 yaşlı Emmanuel, yaşına görə intellektual baxımdan çox inkişaf edibmiş. O, Amiens-də yerləşən özəl Cizvit məktəbində təhsil alıb.
Fotonun müəllifiAFP
Fotonun müəllifiAFPBrigitte Trogneux
Macaroni şirniyyatı ilə məşhur bir şokolad şirkətinin varisi, bankir Andre Auziere ilə ailə qurmuş və birlikdə üç övlad sahibi olmuş teatr müəlliməsi Brigitte Trogneux, indiki əri ilə müəllimə olarkən tanış olub. Emmanuel-in valideynləri onun aşiq olduğunu hiss etsələr də, məşuqənin kimliyindən xəbərsiz olublar. Bioqraf Anne Fulda-a görə, onlar fikirləşirmişlər ki, bu, oğullarının sinif yoldaşı Laurence Auziere-dir. Amma, sən demə oğullarının bir könüldən, min könülə vurulduğu qızın anası imiş. Bundan xəbər tutan valideynlər, "Fulda-ın dediyi kimi", Brigitte-dən xahiş edirlər ki, Emmanuel-in 18 yaşı olana kimi ondan uzaq dursun. "Heç bir şey söz verə bilmərəm," deyə o cavab verib.
Laurence Auziere Macron-un sinif yoldaşı olubBirinci Xanım öhdəliyi
Macron, iyunda baş tutacaq qanunvericilik seçkilərində En Marche! adlı partiyasından olan namizədlərin yarısının qadın olacağına söz verib. O deyib ki, birinci xanım mövqeyini rəsmiləşdirmək istəyir. Keçən ay Vanity Fair jurnalına müsahibəsində Macron bildirib: "Əgər mən seçilsəm, üzr istəyirəm, biz seçilsək, xanımımın həm yeri, həm də vəzifəsi olacaq." Keçmiş müəllimə kimi, onun gənclərə köməyi dəyə bilər, lakin, Brigitte-in hələ də nə işlə məşğul olacağı bəlli deyil. Macron vəzifənin məvacibsiz olacağını desə də, Brigitte bildirib ki, buna düzəliş edəcək.
Fotonun Macron arvadının "birinci xanım" titulunu rəsmiləşdirmək istəyir