Sosial şəbəkədə biz:

Azərbaycanlı qadın həbs olundu - Uşaqlarını döydüyü üçün

18 May 2017, 11:00
Gündəm
Türkiyədə iki azyaşlı uşağını döyən azərbaycanlı qadın həbs olunub. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis İzmirdə yaşayan 28 yaşlı Vüsalə N. adlı qadının uşaqlarını döyməsi ilə bağlı məlumat alıblar. Məlumat əsasında qadın və əri saxlanılıb. Müayinə zamanı 4 və 6 yaşlarında olan qız uşaqlarının döyüldüyü təsdiqlənib. Ana həbs olunub, ögey atanın isə günahı olmadığı təsdiqlənib. Qadının fiziki şiddətinə məruz qalan qızlar isə uşaqlar evinə təhvil veriliblər.