Sosial şəbəkədə biz:

Taksilərin müştəri davası qanla bitdi

19 May 2017, 09:31
Gündəm
Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib. “ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, hadisə metropolitenin “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb. Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.