Sosial şəbəkədə biz:

“ANS-də maaşını ala bilməyən tək mən deyiləm…”

20 May 2017, 11:55
Gündəm

ANS şirkətlər qrupunda işləyib pulunu ala bilməyən tək mən deyiləm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ANS-in keçmiş ''Şokolad'' verilişinin aparıcısı olmuş Ülviyyə Alovlu bildirib. Ülviyyə Alovlunun sözlərinə görə, ANS-in “Bakı” studiyasının çəkdiyi filmlərdə rol oynamış aktyorlardan da pulunu tam ala bilməyənlər var: “Yaradıcı heyətin bir yarısı isə məvacibin cüzi hissəsini alıb. “Pul yoxdur” deyib, kollektivi qovublar. 2 ildir məvacibimi almaq üçün mübarizə aparıram. Sonuncu dəfə xəbərdarlıq etmişəm, pulumu verməsələr, statusda yazdığım kimi hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”. Qeyd edək ki, Ülviyyə Alovlu özünün Feysbuk profilində status yazaraq ANS-dən iki ildir məvacibini ala bilmədiyini bildirib: "Ha dedim eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər".