Sosial şəbəkədə biz:

İranda dəhşət: 9 nəfərin üstünə dəmir ərintisi töküldü

22 May 2017, 13:56
Gündəm
İranın Yasuc şəhərində yerləşən metaləritmə zavodunda şiddətli partlayış olub. Axar.az xəbər verir ki, partlayış nəticəsində 9 nəfər ağır bədən xəsarətləri alıb. Onların üstünə ərimiş dəmir tökülüb. Hadisə yerinə cəlb olunan 4 təcili yardım maşını onlardan üçünü 100 faiz yanıq diaqnozu ilə Şiraza, üçünü isə 75 və 45 faiz yanıq diaqnozu ilə İsfahandakı xəstəxanaya çatdırıblar. Digər 3 nəfər yanıq və kantuziya diaqnozu ilə Yasucda xəstəxanaya yerləşdirilib.