Sosial şəbəkədə biz:

Tansu Çillər məhkəməyə məcburi gətiriləcək

23 May 2017, 15:47
Gündəm
Türkiyənin keçmiş baş naziri Tansu Çillərin iyulun 18-də keçiriləcək məhkəməyə məcburi gətirilməsinə qərar verilib. Axar.az xəbər verir ki, bu haqda Ankara 5-ci Ağır Cəza Məhkəməsi qərar çıxarıb. O, məhkəmədə zərərçəkmiş şahid qismində iştirak edəcək. Qeyd edək ki, 28 fevral 1997-ci ildə Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Hərbçilər Türkiyənin baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar ediblər. Həmin vaxt Tansu Çillər Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb.