Sosial şəbəkədə biz:

Şərur rayonunda yeni fındıq bağı salınıb

24 May 2017, 13:15
Gündəm
Şərur rayonunun Yengicə kəndində 1 hektar sahədə yeni fındıq bağı salınıb. Naxcivantv.az xəbər verir ki, bağ gənc bağban Babək Seyidova məxsusdur. O, Türkiyədən tez ərsəyə gələn, məhsuldar tinglər gətirib: "Tingləri Türkiyənin Samsun vilayətindəki bir fındıqçılıq təsərrüfatından alıb gətirmişəm. Giresun sortudur, çox məhsuldar sortdur. 1 hektar sahədə iki min ədəd ting əkmişəm. Gələcəkdə sahəni böyüdəcəm və 35 min ədəd ting alıb gətirəcəm". Naxçıvan MR-sı Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan MR-da meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq yaşıllaşdırma işləri davam etdirilir. Təkcə 2016-cı ildə 546 hektar ərazidə yaşıllaşdırma tədbirləri aparılıb. O cümlədən 200 hektardan artıq sahədə yeni meyvə bağı salınıb. Bu ilin yaz əkinlərində isə 225 hektar yeni yaşıllıq sahəsi salınıb.