Sosial şəbəkədə biz:

Lenin Ekvadorda hakimiyyətə gəldi – Bu da sosialistdir

26 May 2017, 11:22
Gündəm
Ekvadorda sosialist Lenin Moreno prezident kimi and içərək vəzifəsinə başlayıb. Sabiq vitse-prezident Mereno seçkilərin ikinci turunda qələbə əldə edib. 64 yaşlı prezident andicmə mərasimindən sonra hər kəsin prezidenti olduğunu və hər kəsə ehtiramla yanaşdığını deyib O, gələn 4 il ərzində azgəlirli ailələri sosial proqramlar, pulsuz səhiyyə xidməti, ev və təhsillə təmin etməklə yoxsulluqla mübarizə aparacağına vəd verib. Moreno bildirib ki, yoxsulluq həddi altında yaşayanlar subsidiya alacaqlar (“Amerikanın səsi”).