Sosial şəbəkədə biz:

Putin ölkənin iqtisadi inkişafını necə gördüyünü açıqladı

30 May 2017, 22:38
Gündəm
Rusiyanın iqtisadi inkişaf planları realistik olmalı və insanların maraqlarını əks etdirməlidirlər. Sputnik Azərbaycan-ın məlumatına gör, Rusiya prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib. "Ölkənin iqtisadi inkişaf planları aydın və realistik olmalı, hazırkı və gələcək çağırışlara düzgün cavab verməli, insanların maraqlarını və dövlət, işgüzar dairələr, vətəndaş cəmiyyəti institutlarının baxışlarının vəhdətini əks etdirməlidirlər" — deyə dövlət başçısı iqtisadi məsələlərə dair müşavirədə vurğulayıb. Putin bildirib ki, hökumətin 2017-2025-ci illər üçün fəaliyyət planı ölkə iqtisadiyyatının inkişafının uzunmüddətli strategiyası baxımından əsas sənəddir. Prezidentin sözlərinə görə, əsas diqqəti işgüzar mühitin yaxşılaşdırılmasına, iqtisadiyyatın rəqabətədavamlılığının artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə yönəltmək lazımdır.