Sosial şəbəkədə biz:

“Atəşgah Sığorta” ləğv olundu

31 May 2017, 10:55
Gündəm
Azərbaycanda daha 2 sığorta agentliyi – “Atəşgah Sığorta Agentliyi” MMC və “Lider Sığorta Agentliyi” MMC ləğv olunur. “Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. “Atəşgah Sığorta Agentliyi” ləvğ olunduğu üçün kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov ŞTQ, Neftçilər (Bakıxanov qəsəbəsi), ev 29, mənzil 1 ünvanına, “Lider Sığorta Agentliyi”nin kreditorları isə 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 8, mənzil 3 ünvanına bildirə bilərlər.