Sosial şəbəkədə biz:

ADU-da dövlət imtahanı ilə bağlı layihənin detalları açıqlandı

31 May 2017, 14:21
Gündəm
Azərbaycan Dillər Universitetində dövlət imtahanı ilə bağlı Elmi Şuranın bu gün keçiriləcək iclasına təklif olunan layihənin detalları açıqlanıb.
Universitetin təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, bu gün keçiriləcək Elmi Şuranın iclasına 2 təklifdən ibarət layihə veriləcək: “Birinci variant odur ki, imtahan bir yazılı və 50 test sualından ibarət olsun, ikinci variant isə diplom işidir”.
Bunlardan biri Elmi Şuranın iclasında təsdiqlənəcək.(apa)