Sosial şəbəkədə biz:

Türkiyədə hərbi helikopter qəzaya düşdü - 13 şəhid+ Yenilənib

01 June 2017, 09:41
Gündəm
Türkiyənin Şırnak vilayətində hərbi helikopter qəzaya düşüb. “ Azinforum.az ” ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Şırnak 23-cü Sərhəd Divizya Komandirliyindən havaya qalxan “Cougar” tipli hərbi helikopter 3 dəqiqə sonra İraqla sərhəddə yerləşən Şenoba bölgəsində radarlardan itib. Şırnak Valiliyinin açıqlamasında bildirilir ki, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub. *** “Milliyet” xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 19:47-də qeydə alınıb. Helikopterin göyərtəsində 23-cü Sərhəd Diviziya Komandirliyinin komandiri, general Aydoğan Aydın, polkovnik və podpolkovniklər də olub. Hadisə nəticəsində şəhidlərin olduğu bildirilir. *** “Cnnturk”un məlumatına görə, baş nazirin köməkçisi Mehmet Şimşek Tvitter hesabında insidentlə bağlı açıqlama yayıb: “Şırnakdan kədərli xəbər gəldi. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun”. *** “İHA”nın xəbərinə hörə, helikopterin qəzaya düşməsi nəticəsində 13 əsgər şəhid olub. *** “Hurriyet”in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSK) helikopterin göyərtəsində 13 nəfərin olduğunu və onların hamısının həlak olduğunu açıqlayıb.