Sosial şəbəkədə biz:

Nazir federasiya sədri kimi ilk toplantısını keçirdi - FOTO

02 June 2017, 10:56
Gündəm
Şərq Döyüşü Sənəti Federasiyasının sədri Azad Cabbarov federasiyanın üzvləri və məşqçimüəllimləri ilə görüşüb. Görüşdə federasiyanın 2017-ci il üçün iş planı müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Əsasən, federasiyanın işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında idmanın bu növlərinin təbliği, kütləviləşməsi başlıca vəzifə kimi qarşıya qoyulub. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının  son konfransında Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekdilliklə Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilib. Azinforum.az