Sosial şəbəkədə biz:

Azərbaycan şirkəti Həştərxanda zavod açır

02 June 2017, 21:09
Gündəm
Azərbaycanın "Atef-russ" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasında ilk investor olub. “Trend”in məlumatına görə, bu barədə Peterburq beynəlxalq iqtisadi forumunda regionun qubernatoru Aleksandr Jilkin deyib. Onun sözlərinə görə, Azərbaycan şirkəti 2018-ci ildə burada elektrik mühərrikləri istehsalı üzrə zavod açacaq. Artıq şirkət elektrik mühərrikləri və elektrik komponentlərinin istehsalı üzrə zavodun tikintisinə başlayıb. Qubernator bildirib ki, zavodun istehsal edəcəyi məhsullara Rusiya bazarında böyük tələbat var.