Sosial şəbəkədə biz:

Prezident Administrasiyasında yeni şöbə yaradıldı

03 June 2017, 13:25
Gündəm
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb. “Report” xəbər verir ki, bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir. Hələ ki, şöbə müdiri vəzifəsinə təyinat olmayıb. Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb. Qeyd edək ki, bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.