Sosial şəbəkədə biz:

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

04 June 2017, 17:30
Gündəm
Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və tövsiyə edilir ki, alternativ yollardan istifadə etsinlər.