Sosial şəbəkədə biz:

Azərbaycana görə Türkiyədə qaz ucuzlaşacaq

05 June 2017, 11:10
Gündəm

SOCAR Türkiyənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”ə dəyərinin iki mislindən artıq pul verib.

Türkiyə mətbuatı xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib:

“Biz Türkiyə investisiyalarını strateji hesab edirik. İndiyə qədər Türkiyəyə etdiyimiz investisiyalardan pul qazanmamışıq. Davamlı sərmayə qoyacağıq. Türkiyədə 9 ildir ki, gələcək üçün işləyirik”. V.Əliyev əlavə edib ki, “TANAP” fəaliyyətə başladıqdan sonra Türkiyədə qazın qiymətləri ucuzlaşacaq: “Azərbaycan qazı hər zaman ucuzdur”. SOCAR rəsmisi, həmçinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar “SOCAR” və “Petkim”də aparılan əməliyyatlardan söz açıb: “Bu araşdırmalar şirkətə deyil, insanlara qarşı aparılıb. Radikal qrupların dövlətə təsir etməsinin qarşısı alınacaq”. (AzVision.az)