Sosial şəbəkədə biz:

Natiq Əliyevin vəziyyəti stabilləşib

06 June 2017, 12:11
Gündəm

Ürəyində yaranmış problemlə bağlı Türkiyədə müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin vəziyyəti sabitdir.

Həkimlərin səyi nəticəsində nazirin vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunur. Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.(APA)