Sosial şəbəkədə biz:

İsrail: Artıq ərəb ölkələri ilə eyni gəmidəyik

06 June 2017, 22:32
Gündəm
Artıq İsrailə qarşı ərəb koalisiyası mövcud deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin keçmiş müdafiə naziri Moşe Yalon söyləyib. “Altıgünlük savaş zamanı bizə qarşı koalisiya yaradıb, bizi yox etmək istəyən ərəblər bu gün özlərini bizimlə eyni gəmidə görürlər. Bu gün Qətərdən başqa bütün sünni ərəb ölkələri ilə eyni gəmidə hərəkət edirik. Bunun nəticəsidir ki, İran hamımızın bir nömrəli düşmənidir”, – deyə o bildirib.