Sosial şəbəkədə biz:

Hacıqabulda mikroavtobus aşıb: ana və iki oğlu ölüb, nəvə yaralanıb - YENİLƏNİB

07 June 2017, 08:50
Gündəm
Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlərin şəxsiyyəti və hadisənin təfərrüatları müəyyənləşdirilir. *** Hacıqabulda baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu, 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.