Sosial şəbəkədə biz:

Milli Məclisin deputatı reanimasiyaya yerləşdirildi

08 June 2017, 14:32
Gündəm
Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb. APA-nın məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur. Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.