Sosial şəbəkədə biz:

Narazı tələbələrlə bağlı islahatlar

08 June 2017, 21:00
Gündəm
Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib. Lent.az-ın xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib. Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir: - Yay məktəbi tam pulsuz olacaq; - Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq; - İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq; - İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq; - Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq; - Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları həmin kitabı gətirib verəcək; - 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsirlərində köməklik olunacaq; - İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq; - Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək; - Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.