Sosial şəbəkədə biz:

Kişi arvadını və iki övladını qətlə yetirdi – Mingəçevirdə dəhşət

09 June 2017, 10:29
Gündəm
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. “Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində baş verib. Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib. Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib.