Sosial şəbəkədə biz:

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs tutulub

10 June 2017, 11:24
Gündəm
Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub. APA-nın məlumatına görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.