Sosial şəbəkədə biz:

Şimali İrlandiya azarkeşləri Bakıda "Qarabağ!” qışqırırlar... - VİDEO

10 June 2017, 21:10
Gündəm
Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında 2018-ci il dünya çempionatının seçmə qrup oyunu start götürüb. Virtualaz.org bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün başlanğıcı maraqlı məqamla yadda qalıb. Belə ki, hər iki komandanın azarkeşləri bir-biri ilə olduqca səmimi ünsiyyət saxlayıblar. Şimali İrlandiya azarkeşləri hətta Azərbaycan azarkeşlərinə qoşularaq “Qarabağ!” deyə qışqırıblar. Həmin məqamın əks olunduğu görüntüləri təqdim edirik.