Sosial şəbəkədə biz:

İmişlidə gecə yarısı yaşıl soyqırım - Vilyam Hacıyevin işçiləri qanunlara məhəl qoymur

Bu dəqiqələrdə  İmişli şəhərində  Heydər Əliyev prospektində, rayon prokurorluğunun qarşısındakı ağaclar kəsilir.

Avropa.info-nun  hadisə yerində olan müxbirinin verdiyi məlumata görə,  ağacları icra hakimiyyətinin fəhlələri kəsir.
Müxbirimizin "ağacları niyə kəsirsiniz" sualına , ərazidə olan icra hakimiyyətinin əməkdaşları  "get işinlə məşğul ol, əcəb edirik, prezident  deyib " cavabını veriblər. Bundan sonra isə əməkdaşımıza çəkiliş aparması üçün maneəçilik törədilsə də, müxbirimiz  "yaşıl soyqırım"dan bəzi kadrları çəkə bilib.
Qeyd edək ki. ölkə başçısı  İlham Əliyev  məmurların  ağacları kəsməsi faktlarına qarşı dəfələrlə kəskin iradını ortaya qoyub.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol