Sosial şəbəkədə biz:

Ağstafada rəfiqələr arasında dava olub, bir nəfər xəstəxanaya yerləşdirilib

30 June 2017, 16:58
Gündəm
Ağstafada qadınlar arasında dava olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün Ağstafa şəhərində baş verib. Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.